Bəşər Əsəd: "Terrorçular Suriya nizamlanmasına maneə yaradırlar"

Suriya Prezidenti Bəşər Əsəd BMT-nin xüsusi nümayəndəsi Kofi Annanla görüşü zamanı bəyan edib ki, ölkədə siyasi nizamlanma istiqamətində göstərilən səylər müsbət nəticə verməyəcək

Buna səbəb isə Suriyada fəaliyyət göstərən terror qruplaşmalarıdır.

SalamNews-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, Əsəd terrorçuların ölkədə hərcmərclik yaratdıqlarını bildirib.

"Suriya problemin həllinə yönələn istənilən saf səyləri dəstəkləməyə hazırdır. Lakin bu səylər hərbi qruplaşmalar mövcud olana qədər heç bir müsbət nəticə verməyəcək", - Bəşər Əsəd deyib.

Kofi Annan BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi kimi fəaliyyət göstərir.

В этом разделе