Bəşər Əsəd: "Hakimiyyətdə qalmağı düşünsəydim Amerikanın təlimatlarını həyata keçirərdim"

313news.net-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Cümhuriyyət qəzetinə müsahibə verən Suriya dövlət başçısı Bəşər Əsəd Suriya tərəfindən vurulan türk təyyarəsi haqqında "Kaş vurmayaydıq" - deyib.

Cümhuriyyət qəzetinin Ankara nümayəndəsi Utku Çakırözər Suriyada Bəşər Əsəd ilə görüşüb.

Əsəd jurnalistin "Silahsız təyyarəni nə üçün vurdunuz?" sualına "Bu təyyarə İsrail təyyarələrinin daima istifadə etdiyi hava koridorunu istifadə edirdi. Radarlarımızda görə bilmədiyimiz üçün, o cümlədən məlumat da verilmədiyi üçün əsgərlər təyyarəni vurdu. Türkiyəyə aid olduğunu sonra öyrəndik." - deyə cavab verib.

Beynəlxalq hava məkanında vurulmuş olsa üzr istəməkdən heç zaman çəkinməyəcəklərini qeyd edən Əsəd "Qətiyyətlə kaş ki vurmasaydıq deyirəm." - ifadələri ilə

Əsəd daha sonra bildirib ki, "Türkiyədə silahlı qüvvələr komandanı dəyişdikdən sonra hökumət bizimlə əlaqəni qadağan etdi. Zəruri hallarda zəng edə biləcəyimiz türk komandanının hətta telefon nömrəsi də yoxdu. Əlaqələr kəsilməsəydi problemi böyümədən həll edərdik."

Cenevrə danışıqlarında əldə olunmuş ortaq fikrə münasibət bildirən Əsəd "Suriya xalqının qərarına hörmət nəzərə çarpır. Bu da mənim üçün kifayətdir." - deyib.

Hakimiyyətdə qalması barədə də danışan Əsəd qeyd edib ki, "Hakimiyyətdə qalmağı düşünsəydim Amerikanın təlqin və təlimatlarını həyata keçirərdim, neft dollarlarının arxasınca qaçardım. Xüsusən də ölkəmdə raket sistemi qurulmasına icazə verərdim."

В этом разделе