Bəhreyndə Vəhabi Rejimi daha bir məsum uşağın canına qəsd etdi

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bəhreyn Xalq Azadlıq Hərəkatı Ali Xəlifə vəhabi rejiminin cinayətlərinə etiraz əlaməti olaraq hüquqlarının bərpası üçün dinc aksiyalarına davam etməkdədir.

Bəhreyn Şiələrinin 26 avqust 2012 tarixində ölkənin müxtəlif şəhər və kəndləində təşkil etdikləri etiraz aksiyaları bir daha sionist muzdurlarının növbəti vandallığına məruz qalıb.

Bu silsilə mitinqlər Bəhreynin “14 Fevral Hərəkatı” tərəfindən “Sitrə”, “ən-Nəvidrat”, “əl-Muamir”, “Muqabə”, “ən-Nəbiə Salih”, “Bəni Cumrə”, “Kəranə”, “əl-Biladul Qədim”, “Cəddu Həfs”, “Darul Kəlib”, “Kərzikan”, “Şəhrikan”, “əl-Himlə” və “Sədəd” məntəqələrində həyata keçirilmişdir. Mitinqdə insanlar “Bəhreynin zindandakı qadınlarına azadlıq” şüarlarını səsləndirmişlər.

Ali Xəlifə muzdurlarının amansız vəhşiliyləri ilə üzləşən dinc aksiyaçılar Azadlıq Uğrunda daha bir nəfəri şəhid veriblər.

Dinc aksiyaçılara qarşı qeyriqanuni metotlardan və silahlardan istifadə edən Ali Xəlifə muzdurları zəhərli və boğucu qazlar atmaqla ana bətnində olan 8 aylıq günahsız qız uşağını şəhid etmişlər.

Qeyd edək ki, uşaq hələ dünyaya gəlməmiş valdeynləri ona “Vədiətu Munis Abbas” adın vermişlər.

P.S: Görəsən “Dünya Birliyi” bəs hara baxır?!

В этом разделе