Bəhreyndə həbslər davam edir

Bahreynin Əhrar Hərəkatının sədri  Sait Şahabi, ölkədə rejim əleyhdarı etiraz dalğalarının daha da böyüyəcəyini açıqlayıb.

Xebername.az Press tv-ə istinadən xəbər verir ki, Şahabi Xəlifə rejimin etirazçılara qarşı məhv edici siyasətinin artaraq davam etməsinə baxmayaraq, ölkədə xalq hərəkətlarının yayılmaqda olduğunu və Bəhreynlilərin birlik , vəhdət və azadlıq üçün çalışdığını ifadə edib.

Əhrar hərəkatının sədri  Bahreyn xalqının refrom istədiyi üçün rejimin, insanları həbs edərək işgəncələr etdiyini bildirib. Sait Şahabi, Amerika və İngiltərəni Ali xəlifə rejimini dəstəklədiyi üçün tənqid edərək, əsasında Bahreynin Qərb və Ali Səudiyyə rejimi güclərin tərəfindən işğal edildiyini, Bəhreyn təhlükəsizlik güclərinə nümayişləri basdırmada dəstək verdiyinə də vurğu edib. Digər tərəfdən Bahreyndə Ali Xəlifə gücləri, 11 etirazçını daha həbs edib. Bahreyn Daxili işlər Nazirliyi bu mövzuda etdiyi açıqlamada, həbs olunanların işlərinin məhkəməyə göndərildiyini bildirib. Bahreyndə Fevral 2011-dən başlayan rejim əleyhdarı nümayişlərdə indiyə qədər yüzlərlə etirazçı Bəhreyn və Səudiyyə ərəbistanı güclərin tərəfindən öldürülmüş və yaralanmış, bir o qədəri də həbs olunmuşdur.

xebername.az

В этом разделе