Bəhreyndə fövqəladə rejim ləğv olunacaq

Müvafiq qərar iyunun 1-dən qüvvəyə minəcək

Bəhreyn kralı Həmad bin İsa Əl Xəlifə ölkədə mövcud fövqəladə rejimin ləğvi barədə göstəriş verib. Bu barədə məlumatı Bəhreyn KİV-ləri yayıb. Məlumata görə, yeni qərar iyun ayının 1-dən etibarən qüvvədə olacaq-ANS PRESS "Euronews"a istinadən xəbər verir.

Xatırladaq ki, fövqəladə rejimin tətbiq edilməsi ilə bağlı qərar ölkədə baş qaldıran etiraz aksiyaları üzündən bu ilin mart ayının 15-də qəbul edilmişdi.

В этом разделе