Bəhreyn xalqından üləmaya dəstək aksiyası

Aksiyalar “14 fevral Koalisiyası” tərəfindən təşkil edilib

"İslamazeri"-nin ərəb mənbələrinə istinadən verdiyi xəbərə görə, Bəhreyn xalqının birliyi və üləmanı dəstəkləməsi ölkəni zor gücüylə idarə edən Ali-Xəlifə rejimindən xilas olmağın yeganə yol olduğu aksiyalarda şüar olaraq səsləndirilib. “14 Fevral Koalisiyası” Bəhreyn xalqından vəhdəti qoruyaraq inqilabın qələbəsinə qədər müqaviməti davam etdirməsini istəyib.

Bəhreynin Əl-Qərbiyə bölgəsində təşkil edilən etiraz aksiyasında “İslami Vefak Cəmiyyəti”nin rəhbəri Şeyx Əli Salmanın yaralanmasına xalqdan etiraz gəlib.  

Qeyd edək ki, ötən həftənin cümə günü keçirilən etiraz nümayişləri zamanı Şeyx Salman, təhlükəsizlik güclərinin açdığı atəş nəticəsində yaralanmışdı. Bəhreyn xalqı bu hadisəyə reaksiya verərək şənbə günü yenidən etiraz nümayişləri keçirmişdi.

В этом разделе