Bakı-Tbilisi-Ərzurum qaz kəmərində partlayış baş verib

Türkiyənin Qars vilayətində Azərbaycandan Türkiyəyə qaz ixrac edən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin bir hissəsində partlayış baş verib.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, partlayışın səbəbi hələlik müəyyən edilməyib.

Hadisə yerində Türkiyənin BOTAŞ şirkətinin mütəxəssisləri çalışır.

Qeyd edək ki, bu qaz kəmərində son dəfə partlayış 2012-ci il mayın 29-da baş vermişdi.

BOTAŞ-dan bildiriblər ki, təmir üç gündən yeddi günə kimi vaxt apara bilər.

В этом разделе