![](/up/news/article/thumb_teror-iraq.jpg)
“İraq İslam dövləti” hərəkatının bəyanatı radikal forumlardan birində yerləşdirilib. Terrorçular xəbərdarlıq ediblər ki, İraqda şəriət qanunları qüvvəyə minənədək “vəfasızlar”a qarşı mübarizəni davam etdirəcəklər.
Xatırladaq ki, partlayıcı quraşdırılmış avtomobillər Texnologiya Universiteti, DİN, Əmək Nazirliyi binaları və Bağdadın mərkəzi bazarının yaxınlığında partladılıb. Partlayışlar nətigəsində 127 nəfər ölüb, 450-dən artıq adam xəsarət alıb.
İraqın baş naziri Nuri əl-Maliki partlayışlardan sonra təhlükəsizlik xidmətinin rəhbəri Əbbud Qənbəri işdən azad edib. Məmurun vəzifədən uzaqlaşdırılmasına terror aktları barədə qabaqcadan məlumat əldə edə bilməməsi və partlayışların qarşısını almaması səbəb olub. /anspress/