Azad Suriya Ordusunun vəhabi komandanı manyak imiş

Azad Suriya Ordusunun vəhhabi mənşəli Əl-Faruk terror briqadalarının baş komandanı Əbdülrəzzak Təlassın internet macəraları faş olunub.

FaktXeber.com-un verdiyi məlumata görə,  Təlassın kompüter vasitəsiylə adı naməlum qalan bir qadınla virtual sekslə məşğul olurmuş. Kompüterin vebkamerası vasitəsiylə əlaqə yaradan Təllasın heç ağlına da gəlməyib ki, qarşı tərəf onunla bağlı görüntülərin videoqeydiyyatını aparır. Və dünən bu görüntülər internetdə yayımlanıb. Videogörüntülərdə Təllasın qadınla danışa-danışa masturbasiya ilə məşğul olduğu açıq-aydın görünür. Amma qeyd edək ki, video internetdə yayımlandıqdan bir neçə saat sonra "gizli əl" vasitəsiylə yayımdan yığışdırılıb. Videogörüntünün 3 dəqiqə 31-ci saniyəsində qarşı tərəfdəki qadın Təllasa masturbasiya ilə məşğul olmasını və kameranı ora yönəltməsini istəyir və qadının istəyini yerinə yetirən baş komandan 3 dəqiqə 30-cı saniyədə əxlaqsızlığa başlayır.

Suriya ordusunda xidmət edərkən fərarilik edib müxaliflərin tərəfinə keçən Təlass 1987-ci ildə Homs şəhərində doğulub və radikal şüarlarıyla tanınır. Təllas qadınla yazışmasında bildirib ki, Suriya prezidenti Bəşşar Əsədin devrilməsindən sonra müdafiə naziri olacaq.

Videoda bəzi izahlar da yer alıb. Belə ki, əvvəlcə divanda 2 nəfərin oturduğu divan və divanın arxasındakı elektrik qutusunun forması göstərilir. Daha sonra isə Təllasın qızı ilə maşındakı fotosunda üzündəki yara izi göstərilir ki, bu da döyüşlərdən qalmadır. Sonra təqdim olunan videoda da Təllasın məhz həmin divanın bir başqa hissəsində uzandığı və arxadakı elektrik qutusu var, üzündəki yara izi də həmçinin.

В этом разделе