"Ayətullah Sistanidən dərs aldım"

İslam-Azerinin YDH-yə istinadlı xəbərinə görə, Əl-Ubeydi: Ayətullah Seyyid Sistanidən ölkənin vəhdəti mövzusunda əhəmiyyətli dərslər götürdüm.

İraq Müdafiə Naziri Əbdülqadir Əl-Ubeydi, Ayətullah Seyyid Sistanidən ölkənin vəhdəti və birliyi üçün əhəmiyyətli dərslər aldığını bildirib.

Bu gün Ayətullah Sistanini ziyarətindən sonra bir açıqlama verən İraq Müdafiə Naziri Əbdülqadir Əl-Ubeydi, "Ayətullah Sistani bu günkü görüşümüzdə ölkənin vəhdəti, birliyi və təhlükəsizli ilə əlaqədar olaraq mənə əhəmiyyətli dərslər verdi" deyib.

Əl-Ubeydi hal-hazırda baş verən hadisələrlə Ayətullah Sistaniyə geniş məlumat verdiyini bildirərək, Ayətullah Sistanidən təhlükəsizliyin qorunması üçün təkliflərin aldığını da qeyd edib. 

İslam-Azeri.az


В этом разделе