İraqın və İslam dünyasının ən böyük alimlərindən olan Ayətullah Seyid Əli Sistani Qurani-Kərimin yandırılması ilə bağlı qərara sərt reaksiya verib
Ayətullah Sistani cahil rahib Tenni Consun qərarını qınayıb. "Rasthaber"in məlumatına görə böyük mərceyi-təqlid deyib: "Bu cür çirkin aksiyanın həyata keçirilməsi ilahi dinlərin müqəddəs dəyərlərinə açıq hücumdur".
Ayətullah Əli Sistani bu aksiyanın memarının sionist rejim olduğunu qeyd edib. O, həmçinin müsəlman və qeyri-müsəlman ölkələrindən aksiyaya qarşı çıxmalarını istəyib.