İslam-Azeri Cəfəri
Jurnalından tərcümə
etdiyi tarixi faktları sizə təqdim
edir:
Zəmanəsinin
mərcei-təqlid
müctəhidi
olmuş Ayətullah
Məhəmməd
Baqir Sədrin
Səddamın
lideri olduğu partiya ilə bağlı fitvası isə
Səddamı
lap dəli
etmişdi: "Bismilləhir-rahmənir-rahim!
Hər
hansı bir ad altında BƏƏS partiyasına qatılmaq haramdır və
hər
hansı bir şəkildə
bu partiya ilə əməkdaşlıq
etmək
zalım və
kafirə
yardımçı olmaqdır və həm
də
İslama, müsəlmanlara düşmənçilikdir.
Müsəlman və
mücahid İraq xalqının BƏƏS partiyasına və
idarəçi
heyətinə
qarşı silahlı qiyamı, bu küfr partiyasının üzvlərini
hər
yerdə
öldürülmələri
və
eləcə
də
xalqı bu qəddarların pəncəsindən
qurtarmaları vacibi kifaidir".
Şəhid Sədrin
şəhadətinin
ildönümü ərəfəsindəyik.
Bununla əlaqədar
Səddamın
ona göndərdiyi
məktubu
və
Şəhid
Məhəmməd
Baqirin verdiyi cavabı sizə təqdim
edirik.
İraq diktatorunun məktubunun
mətni:
"Sizin də bildiyiniz kimi, partiyamızın düşüncə
sistemi İslamın ruhundan qaynaqlanmaqdadır. Bizlərin
təqdim
etdiyi proqram və şüarlar da, çağımıza uyğun
olan İslamın şüarlarıdır və bizlərin
həyatımızda
tətbiq
etmək
istədiyimiz
şeylər
şəriətin
istəkləriylə
razıdır.
Bizlər işlərimizə
qarışmadıqları və siyasətə
bulaşmadıqları müddətcə,
İslam alimlərini sevir və
dəstəkləyirik.
Ancaq anlaya bilmirik ki, niyə, xalqa bizim partiyamıza
üzv olmalarını haram etdiniz, əleyhimizə
qiyamlarını istədiniz və
bizim İrandakı düşmənlərimizi
dəstəklədiniz(?)
Sizi xəbərdar
etmiş və
nəsihət
verib bəhanəniz
olmadığını bildirmişdik; amma siz qaçındınız və
israrla bizə uymadınız, bu inqilabın əleyhinə
hərəkət
etdiniz. Siz inadçı düşmənimizsiniz və
bizlərin
düşmənlərimizə
qarşı hökmlərimizi də
bilirsiniz.
Sizə heç bir şəkildə
toxunulmayacağını təmin etmişdik.
Əgər
bizim istəklərimiz
istiqamətində
davransanız, qanun qarşısında qorunar, çox uca mövqelər
sahibi olarsınız. Dövlət və
hökumət
səlahiyyətliləri
qarşısında bütün istəkləriniz
yerinə
yetiriləcək;
amma əgər
istəklərimizi
qəbul
etməsəniz
nə
olacağını düşünün. Sonu hər nə
olursa olsun, sizlərə
etiraz ediləcək.
Sizə üç təklifimiz
var. Əgər
bu təklifləri
qəbul
edər
və
televiziya ekranlarında, rəsmi qəzetlərdə
istəklərimizi
söyləsəniz,
sizə
heç ümid bəsləmədiyiniz
kəramətlər
edərik:
- BƏƏS partiyası lideri və
İraq İnqilab Şurası başçısı Səddam Hüseyini təsdiqlədiyinizi
bildirin.
- Siyasi işlərə
qarışmayacağınızı və İslam dininin siyasətə
qarışmadığını elan edin.
- İrandakı hökuməti
və
onların İraqdakı müdaxilələrini
dəstəkləmədiyinizi
bildirin.
Gördüyünüz kimi, bunların üçü də
asan şeylərdir. İnqilabın mərhəmətli
əllərinin
sizə
təqdim
etdiyi bu fürsəti qaçırmayacağınıza ümid edirəm."
Şəhid Seyid Məhəmməd
Baqir Sədrin
Səddamın
məktubunu
gətirənə
cavabı:
"Mən sizin ağıllı olduğunuzu zənn
edirdim. Sizlər açıq sözləri
belə,
inkar edirsiniz. Sizə lazım olan sözü söylədim
və
nəsihət
etdim. Əgər
Qiyamətə
inanırsınızsa və həqiqətə
çatmaq istəyirsinizsə,
məni
dinləyin.
Sizlər
pozğunluq xəstəliyi
ilə
xəstələnmisiniz
və
öldükdən
sonra diriləcəyinizi unutmayın. Öldükdən
sonra ürəkləriniz
daşlaşmış və heyvandan aşağı səviyyəyə
düşəcəksiniz.
Sizlərə
nəsihət
verdikcə
daha da azğınlaşırsız. Eynilə yəhudilər
və
şeytana uyanlar kimi, sizi pislikdən
saxlayanlara düşmənçilik bəsləyirsiniz.
Allaha qarşı döyüş açmısınız: Allah vəlilərini
(alimlər)
nəzarətə
götürür, ən kiçik bir zənnə
söykənərək,
eynilə
cahiliyyət
dövründəki
atalarınız kimi onları öldürürsünüz. Ölkəmizin
əsərlərini
dağıdırsınız. Heç bir günah və cinayət
işləməkdən
qorxmur, həvayi-həvəsinizə
boyun əyirsiz.
Şəhvətlərinizə
uyduqca da, fəlakətə
sürüklənir,
hiylələr
edirsiniz. Günahsız insanların qanını içirsiniz. İraqdakı hər
ev sizin əlinizdən
qan ağlayır.
Siz, eynilə bir quru odun parçası, heç
bir sözün təsir etmədiyi
daş kimisiniz. Sizə nəsihət
verməkdən
yoruldum.
Tağutlara tapınırsınız, fironların nəvəsisiniz.
Məni
ölümləmi
hədələyib,
qorxudacağınızı zənn edirsiniz?! Ölüm haqdır və
hamımız ölümü dadacağıq. Zalımların əliylə
öldürülmək
Allahın xalis qullarına olan bir ikramı deyilmi?
Əlinizdən
gələni
edin. Sizinlə, Allahın hüzurunda görüşəcəyik
və
çatacağınız yer pis əzabdır. Bizim nurumuzu
söndürməyə
çalışırsınız? Mənə
nəsihət
verərək
hiylə
işlətməyinizə
təəccüblənirəm.
Sizin məndən
razı olmanızı da gözləmirəm.
Haqqı batiləmi satmağımı gözləyirsiniz?
Allaha itaəti buraxıb, sizəmi
itaət
edim? Sizi razı edib, Onumu qəzəbləndirim?
Əgər
belə
olsa havalanar və hidayətə
çatanlardan olmaram. Yazıqlar olsun sizə!
Nə
istəyirsiniz?
İslam mənim
yanımda alınıb satılan bir maldımı? Və
ya bir dünya mənfəəti
gözləməsi
üçündümü? Sənin işin məni
dünya malı üzərində
qorxutmaqdır. Mən alçaq insanlar kimi sizə əlimi
uzada bilmərəm və
kölələr
kimi də
sizi təsdiqləmərəm!
Əgər
ölümdən
başqa qorxudacaq bir şeyiniz qalmamışsa, beləcə
davranın. Mənim sizin istəklərinizə
boyun əyəcəyim
arzularınızı başınızdan silib atın. Bizlər
qiymətli
insanların övladlarıyıq və ayaqlarımız əsla
titrəməmişdir.
Sizi göndərənlərə
və
ağalarınıza eynilə bunu deyin: "Əgər
Məhəmməd
Baqir Sədri
min dəfə
də
öldürsəniz,
istəyinizə əsla
çata bilməyəcəksiniz.
Məni
öldürdükdən sonra, hər
vaxt zillət və
qorxu içində yaşayacaqsınız. Vəziyyətiniz
dəyişəcək
və
Allah sizləri zəlil
edəcək,
olanları sizə müsəllət
edəcək
və
məğlubiyyətə
uğrayanların vəziyyətinə
düşəcəksiniz.
Heç hesablamadığınız ağrıları dadacaq, bəlalara
mübtəla
olacaqsınız və hər
biriniz çöllərə dağılacaq, səltənətiniz
darmadağın olub, çəkmələr
altına alınacaqsınız.
Sizlər başqa şəhərlərə
dağılacaq, diyarlarınız, mallarınız parça-parça olacaq və
gözlərinizi
açdığınızda xalqın sizi lənətlədiyini
görəcəksiniz.
Tarix səhifələrində
quru bir ləkə olaraq
xatırlanacaqsınız!..»
İslam-Azeri.az
Ayətullah Sədr və zalim Səddamla tarixi məktublaşma
İraq diktatoru Səddam
Hüseyn Şəhid
Ayətullah
Məhəmməd
Baqir Sədrə
bir məktub
göndərərək
ondan özünə itaət
etməsini
istəmişdi.
Şəhid
Ayətullah
Məhəmməd
Baqir Sədr,
ona verdiyi cavabda cəddi İmam Hüseyn (ə)
kimi zillətə boyun əyməyəcəyini
bildirib, Səddamı necə
aqibət
gözlədiyini
də
bəsirətiylə
açıqlamışdı.