Ayətullah Nəmr hökumətin silahlı hücumuna məruz qalıb

Səudiyyənin şiə alimi silahlı hücuma məruz qalıb

Səudiyyə Ərəbistanının şiə alimi Ayətullah Şeyx Nəmr Ali Nəmr hökumət qüvvələrinin hücumuna məruz qalıb. Bu barədə İranın "ABNA" saytı məlumat yayıb. Məlumata əsasən, avtomobildə olan Ayətulllah Nəmr, onu təqib edən hökumət qüvvələrinin açdığı atəş nəticəsində yaralanaraq sükanın idarəsini itirib və bir evin divarına çırpılaraq dayanıb. Hücumda yaranan alim, daha sonra gizli yerə aparılıb.

Qeyd edək ki, Ayətullah Nəmr Səudiyyə rejimi əleyhinə bəyanatları ilə tanınır. O daim Səud kraliyyətini diktator adlandırmış və avtoritar rejimin əleyhinə olduğunu bildirmişdi.

В этом разделе