Avqust ayında İraqda 420-dən artıq insan zorakılığın qurbanı olub

Bağdad, İraq

İraqda avqust ayında terror hücumları nəticəsində 426 nəfər həlak olub, daha 838 nəfər isə yaralanıb. Bu barədə İraqın səhiyyə, müdafiə və daxili işlər nazirliklərinin birgə məlumatında deyilir.

"APA"nın məlumatına görə həlak olanların 131 nəfəri polislər və hərbçilərdir. Mülki əhali arasında itkilərin sayı 275 nəfərdir. Bu iyul ayı ilə müqayisədə azdır. İyul ayında bu rəqəm 396-ya bərabər olub.

В этом разделе