Bu barədə Madriddə səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib
İsrail hökumətinin sərt siyasi kursu Yaxın Şərqdə hamı tərəfindən qəbul olunan sülhün bərqərar olmasında əsas problem kimi qalmaqdadır və bu, Türkiyə ilə münasibətlərdə gərginliyə səbəb olur. Bu barədə Madriddə səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
"Türkiyənin XİN rəhbəri təhdid edərək və ya hərbi güc tətbiq edərək regionda daima gərginlik yaradan İsrail hökumətini tənqid edib", - Türkiyənin "Todayszaman" qəzeti Davudoğluna istinadən yazır.
Onun sözlərinə görə, Qəzza sektoruna hərbi hücumların sülh danışıqları üzrə səylərin pozulmasına səbəb olmasını, o cümlədən Ankaranın Suriya və İsrail arasında birbaşa danışıqların başlanması üzrə sülh prosesində cəhdlərini nəzərə almaqla, Türkiyə və İsrailin mövqeləri ayrılır.
Türkiyəli nazir bildirib ki, ölkəsi heç bir zaman Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi qəbul etməyəcək və daima əl-Əqsa məscidi ətrafındakı vəziyyəti müşahidə edir.
"Biz Qüdsü İsrail paytaxtı kimi qəbul etmirik və hesab edirik ki, Qüdsün şərq hissəsi Fələstin ərazilərinə aiddir", - Davudoğlu Türkiyə səfirliyinin Ankaranın İsrail paytaxtı hesab etdiyi Təl-Əvivdə yerləşməsi faktını göstərək bildirib. "İsrail qoşunlarının bu müqəddəs yerlərə soxulmasına icazə vermək olmaz", - Əhməd Davudoğlu qeyd edib. /trend/
В этом разделе
- Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib7 Августа, 2020
- Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib, 19 qadın və uşaq ölüb6 Августа, 2020
- Həşdi Şabi qüvvələrinə rəsmi olaraq polis və ordu ilə eyni səlahiyyətlər verildi2 Декабря, 2016
- Türkiyənin dəstəklədiyi müxaliflərin Dabiq əməliyyatı başladı15 Октября, 2016
- "İraqdan çəkilməsəniz əsgərlərinizin cəsədlərini toplayacaqsınız"12 Октября, 2016
- Suriya ordusu şərqi Qutada uğurla irəliləyir28 Сентября, 2016
- Rusiya XİN-i ABŞ-la Suriya haqqında əldə edilmiş razılaşmanın mətnini yayımladı28 Сентября, 2016
- Yəmən ordusu Səudiyyə hərbi bazasına “Zilzal 3” ballistik raketi atdı24 Сентября, 2016
- Hələbdə dinc sakinlərin ölməsi haqda yayılan xəbərlər informasiya müharibəsidir - TƏFƏRRÜAT24 Сентября, 2016
- Bağdadda Real Madrid tərəfdarlarına hücum - ölən və yaralananlar var.14 Мая, 2016