''Fələstin ancaq Quranı yaşayanlarla azad olar''

Fələstin Baş naziri İsmayıl Haniyyə, Qəzzədə Qurani Kərimi hifz edənlərdən dərəcəyə daxil olan ilk 7 adamı ümrə ilə mükafatlandıracaqlarını ifadə etdi.


Baş nazir İsmayıl Haniyyə bu şərh və müjdəsini 30 İyun Çərşənbə axşamı günü Qəzzədəki Quran və Sünnə Mərkəzinə bağlı Tacul-Vakarın təşkil etdiyi yaz Quran kurslarını ziyarət edərkən dedi.

Baş nazir Haniyyə Qəzzədəki Quran və Sünnə Mərkəzini ziyarət edib həm buranın həm də Tacul-Vakar düşərgələrinin idarəçiləriylə bir araya gəldiyi yığıncaqda, Fələstin torpaqlarının ancaq Allahın kitabını hifz edən və onu yaşayan nəsillərlə azadlığına qovuşacağını ifadə etdi.

Haniyyə davamında belə vurğuladı: "Qəzzə xalqı Furqan döyüşündə qazandığı zəfəri, yalnız Quran və onun əhliylə əldə etdi. Dünya xalqları uşaqlarının musiqi və rəqs öyrənməsi üçün milyardları xərcləyir və bunun üçün kurslar təşkil edir. Qəzzə xalqı isə balalarının Quranı və Quran elmlərini öyrənməsi üçün işləyib çalışır."

Baş nazir yığıncaqda ayrıca, Allahın kəlamı Qurani Kərimi hifz etmək üçün sıx səy göstərən mərkəzin idarəçiləriylə, bu işə qatqı təmin edən bütün müəllimlərə təşəkkür etdiyini dilə gətirdi.

313NEWS.NET

В этом разделе