ABŞ-dan İordaniyaya 200 milyon dollar

Obama suriyalı qaçqınların sayının artması ilə əlaqədar olaraq, İordaniyaya 200 milyon dollar ayıracaq

ABŞ prezidenti Barak Obama suriyalı qaçqınların sayının artması ilə əlaqədar olaraq, İordaniyaya 200 milyon dollar ayıracaq.Trend-in RBK-ya istinadən yaydığı məlumatda deyilir ki, İordaniyada aparılmış danışıqlardan sonra Obama nəzərdə tutulandan daha artıq yardımın ayrılacağını deyib.

Qeyd edək ki, Suriyadan İordaniyaya 450 min qaçqın gəlib. Bu ölkənin kralı II Abdulla bildirib ki, o, Suriya-İordaniya sərhədini bağlamağı düşünmür.

В этом разделе