Abdullah Gül NATO-nun baş katibi ola bilər

Türkiyə prezidenti 2014-cü ildə bu posta təyin edilə bilər

NATO-nun baş katibi Andres Foq Rasmussenin səlahiyyət müddəti başa çatdıqdan sonra, təşkilatın katibi Türkiyə prezidenti Abdullah Gül seçilə bilər. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, NATO-nun Analitik şurası 10 il içərisində təşkilatın baş katibliyinə bir türkün təyin edilməsini məsləhət görüb.

NATO-ya 1952-ci ildən rəsmi şəkildə üzv olan və il üzvlüyünün 60-cı ilini qeyd edən Türkiyə önəmli vəzifələr üzərinə götürmək istəyir.

Qeyd edək ki. Rasmussenin səlahiyyət müddəti 2013-cü ildə bitir. Ancaq o, 2014-cü ilin sonuna kimi bu postda qalmaq istəyir. Abdullah Gülündə prezident kimi səlahiyyət müddəti 2014-cü ildə başa çatır.

В этом разделе