Abdulla Gül sabiq baş qərargah rəisinin həbsi ilə bağlı açıqlama verib

Türkiyə Prezidenti Abdulla Gül sabiq baş qərargah rəisi İlker Başbuğun həbs olunması ilə əlaqədar açıqlama verib

SalamNews-un "Anadolu"ya istinadla verdiyi xəbərə görə, Türkiyədə Konstitusiya, qanun və hüquq anlayışının olduğunu söyləyən A.Gül deyib: "Hamı hüquq qarşısında bərabərdir. Bu hüquq anlayışı daxilində bir mühakimə etmə prosesinə şahid oluruq. Başqa bir şey söyləyə bilmərəm. Heç kim məhkəmə qərarı çıxmadan günahkar elan edilə bilməz. Təbii ki, hamının məhkəmə qarşısında, hüquq sistemi daxilində məsuliyyətliliyi var. Hamı hüquq qarşısında bərabərdir. Bu baxımdan bu prosesləri soyuqqanlılıqla izləmək lazımdır''.

В этом разделе