Abbasın tabeliyndəki təhlükəsizlik qüvvələri indi də Qəzzəlilərlə görüşən hacıların arxasına düşüb
Mahmud Abbasın əmrindəki təhlükəsizlik orqanları Həcdə Qəzzəlilərlə görüşdüyü iddiası ilə Tulkərəmdə Məcid ən-Nuri ilə qardaşı oğlu Həzm Nurini həbs edib. Məlumatı "Timeturk" yayıb. Məlumata görə hacıların həbs olunması şəhərdə böyük əks-səda doğurub.
Xəbərdə deyilir ki, Qəzzə və Qərb sektorun əhalisinin bir xalq olması daim vurğulayan Mahmud Abbasın bu hərəkətləri anlaşılmazdır. Həcc ibadəti yerinə yetirən fələstinlilərin izlənilməsi də başqa bir qəribəlikdir.