45 ildən sonra Qəzzaya gələn Məşəl Fələstin torpağına səcdə etdi

HƏMAS lideri Fələstinə qayıdıb

Fələstinin HƏMAS hökumətinin siyasi bürosunun rəhbəri Xalid Məşəl 45 illik həsrətdən sonra ilk dəfə Fələstin torpaqlarına ayaq basıb, - “haberturk”.

Xalid Məşəl Fələstin torpaqlarına ayaq qoyar-qoymaz səcdəyə gedib və Fələstin torpağını öpüb. Məşəli baş nazir İsmayıl Haniyyə və onunla birgə olan hökumət heyəti qarşılayı, - "haberturk"

HƏMAS siyasi bürosunun rəhbəri Müqavimətin yaradılmasının 25-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə Qəzzaya gəlib. O ilk növbədə İsrasil rejiminin sui-qəsdi nəticəsində öldürülmüş HƏMAS təsisçisi Şeyx Əhməd Yasinin evini ziyarət edəcək.

Qəzzanın bütün küçə və meydanlarına Fələstin bayraqları vurulub. Xalid Məşəlin təhlükəsizliyini təmin etmək üçün bütün əsas küçələrdə təhlükəsizlik qüvvələrinin əməkdaşları post çəkir.

Xalid Məşəl 1956-cı ildə Rəmallahın şimalında Silvad kəndində anadan olub. İsrail rejiminin Qərbi Şəriəni işğal etmək üçün altı gün ərzində apardığı hərbi əməliyyatlar zamanı onun atası böyük müqavimət göstərdiyinə görə ailəsi ilə birlikdə 1967-ci ildə Kuveytə sürgün edilib. Kuveyt Universitetində fizika üzrə ali təhsil alıb. HƏMAS-ın qurulması ilə müqavimətin Kuveyt təmsilçisi seçilib.

Kuveytdən 1991-ci ildə çıxaraq İordaniyaya gəlib. 1997-ci ildə İsrail rejiminin sui-qəsdindən qurtula bilib. 1999-cu ildə İordaniya onu ölkəsindən çıxarıb və o, Suriyanın paytaxtı Dəməşqə gəlib. /deyerler/

В этом разделе