2013-cü ildə İranın qarşısı mütləq alınmalıdır- Netanyahu

İsrail baş naziri İranın nüvə məsələsinin ciddi mərhələyə daxil olmasını bildirib

İsraildə yəhudilərin "Hauka" bayramı qeyd olunur. 313news.net-in məlumatına əsasən, İsrail baş naziri bununla bağlı xarici jurnalistlər üçün mətbuat konfransı təşkil edib. Jurnalistlərin suallarını cavablandıran Netanyahu bildirib ki, İranın nüvə məsələsi hələ də ciddi təhditdir: "İran nüvə silahı yaratmağa hər zamankından daha çox yaxındır. 2013-cü ildə İranın qarşısı alınmalıdır. İslam Respublikası yaz yaxud yay aylarında nüvə silahı istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş urana malik olacaq".

Netanyahu həmçinin bildirib ki, sanksiyalar İran iqtisadiyatına ziyan vursa da nüvə inkişafını dayandıra bilmir.

В этом разделе