Zəvvarlar Ərəfat dağına qalxıblar

Sabah onlar qurban kəsəcəklər

Həcc ziyarəti üçün Məkkəyə gələn 5 milyona yaxın müsəlman ötən gecə Ərəfat dağına qalxıb. Bu gün günortadan şam azanına qədər Ərəfatda dayanacaq zəvvarlar daha sonra Müzdəlifə çölünə yollanacaqlar. Gecəni burada qalaraq şeytana atmaq üçün daş toplayacaqlar. Sabah isə günəş çıxdıqdan sonra zəvvarlar böyük şeytana daş atıb, qurban kəsəcəklər.

Qeyd edək ki, Qurban bayramı Səudiyyə Krallığında sabah qeyd olunur. /ANS PRESS/

В этом разделе