Əl Qaidənin iki nömrəli adı Eymen Əz Zevahiri, bu gün səhər Pakistanlılara cihad çağırışı etdi.
Amerikanın daxili işlərinə qarışmasına mane olmalarını istəyən Zevahiri,Pakistan ordusunun Svat və ətraf bölgələrdəki əsgəri əməliyyatına qarşı silahlı birliklərə dəstək olmalarını istədi. Zevahiri, Pakistanın içəridən və çöldən təhdid altında olduğunu söylədi.
Pakistanlılara, ''ölkələrini işğal edən'' ABŞa qarşı cihada qatılmaları çağırışında olan Zevahiri, "Amerikanın Pakistanın daxili işlərə qarışması son dərəcə təhlükəlidir" dedi.
Zevahiri, "Cihada qatılmaq, Pakistandakı hər Müsəlman fərdin vəzifəsidir" dedi. Pakistana qarşı Xaçlı döyüşü başladıldığını müdafiə edən Zevahiri, "Amerika, Pakistanın varlığını təhdid etməkdədir" şəklində danışdı.
Zevahiri, Pakistanlılara ''kafir düşmən bir Müsəlman ölkəsinə girsə, bu ölkədəki bütün yaşayanların, lazım olduğunda qonşu ölkələrdəkilərin, cihad üçün səfərbər olmalarını yekdilliklə qəbul etdiyini'' xatırlatdı.
Zevahiri, ''Amerikanın Əfqanıstan və Pakistanı işğal etdiyini, bu səbəbdən bunlara qarşı döyüşmənin Pakistandakı hər Müsəlmanın vəzifəsi olduğunu'' ifadə etdi.
əl Qaidənin iki nömrəli adı "Biz, mücahidlərə dəstək olmasaq və eləcə otursaq Pakistan və Əfqanıstanın parçalanmasına iştirak etmiş olarıq" dedi.
Zevahiri, bir il əvvəl yayımladığı videoda da Pakistanı hədəf almışdı. Zevahiri, Pakistanın ABŞ Səfirliyi tərəfindən idarə olunduğunu müdafiə edərək, başçı Pervez Müşərrəfi 11 Sentyabr hücumlarından sonra ABŞın Əfqanıstanda Taliban ilə döyüşünə dəstək verərək Müsəlmanlara xəyanət etməklə günahlandırmışdı.
Zevahiri, 2008-ci ildə etdiyi danışmasında da Pakistanlıları qiyama, ABŞa qarşı döyüşməyə ya da heç olmasa müqavimətçilərə dəstək verməyə çağırmışdı.
isra xəbər