Yeni vəhabi fətvası: "Müsəlmanları lənətləyin, amma digərlərini yox!"

FaktXeber.com-un “əl-Əvamiyyə” saytına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının İslam İşləri Nazirliyi ilginc sərəncam verib.

O, Ərəbistanda minbərlərdə çıxış edən bütün vəhhabilərə tapşırıq verib ki, bundan sonra yəhudi və xristianların lənətlənməsi əvəzinə şiə müsəlmanları lənətlənsin. Nazirlik əslində bununla ingilislərin əli ilə meydana gələn vəhhabiliyin İslama və müsəlmanlara nə qədər düşmən olduğunu və eyni zamanda yəhudi və xristianların əlində alət olmasını bir daha isbat etmiş olub.

Qeyd edək ki, Səud tayfası 20-ci illərin əvvələrində İngilislərin birbaşa dəstəyi ilə Ərəbistanda hakimiyyətə gətirilib. Səud ailəsi özlərini müsəlman kimi qələmə versə də, amma onların nəsli vaxtilə Mədinə şəhərində yaşayan Bəni-Qurəyzə yəhudilərinə çatır. İngilislər Səud tayfasını hakimiyyətə gətirib onları vəhhabi cərəyanı ilə birləşdirdi. Və bunun nəticəsi olaraq İslam dünyasında ən böyük təfriqə mərkəzi yaratmağa nail oldu.

В этом разделе