Dəyərlər.org-un xəbərinə görə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu 3 günlük Səudiyyə Ərəbistanında rəsmi səfərdə olub. Səfər zamanı S.Ərəbistanı xarici işlər naziri Səudi Əl-Feysəllə də görüşlər keçirilib. Hər iki ölkənin XİN-ləri görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
Əl-Feysəl danışıqlar zamanı bölgədə sülh mövzusunun müzakirə edildiyini, Fələstin, Suriya, İraq, Əfqanıstan və Yəmən məsələlərinin gündəmdə olduğunu ifadə edib. Səudi XİN-i bir jurnalistin Fələstin haqqında sualına cavab olaraq isə Yaxın Şərqlə bağlı belə bir açıqlama ilə çıxış etmişdir: “Fələstin məsələsi çox qarışıq məsələdir. İsrail beynəlxalq aləmin ərköyün uşağıdır və heç bir qanun tanımır. Bu məsələni həll edə bilsəydik, 40 il əvvəl həll edərdik. Həll edə bilmək üçün xeyli əmək sərf edirik”.
Türkiyənin Hürriyet qəzeti yazır ki, Davudoğlu da öz növəsində İraq, Livan, Əfqanıstan və Yəməndəki baş verənlərə toxunub. O, bu ölkələrdə təhlükəsizlik və sabitliyin təmin edilməsinin bölgədə daşıdığı önəmini vurğulayıb. Xüsusilə Yəməndə son günlərdə yaşanan və S.Ərəbistanına da sıçrayan hadisələrdən duyduqlarını narahatlığı dilə gətirib. Bölgənin yeni bir təhlükəsizlik ocağının həzm edə bilməyəcəyini vurğulayan Davudoğlu, Yəmənin ərazi bütövlüyünün və birliyinin qorunaraq ən tez anda sabitliyə qovuşdurulmasının bütün bölgə maraqlarına cavab verəcəyini bildsirmişdir.
İranın nüvə texnologiyalarından istifadə haqqında da toxunan Türkiyə xarici işlər naziri Əhəməd Davudoğlu sözlərinə davam edərək bildirib: "İranın nüvə proqramına görə yaranan ixtilafın bu ölkənin dinc məqsədli nüvə texnologiyalarından istifadə etmə haqqını təmin edən diplomatik həllin, xüsisislə bölgənin nüvə silahlarından təmizlənməsi mövzusundakı ortaq görüşlərimizi təkrarladıq".