Yəməndə Əl Husi tərəfdarları ilə dövlət qoşunları arasında silahlı toqquşma
İslam-Azeri.az internet qəzetinin Yemen Onlayn saytına istinadlı xəbərinə görə Yəməndə yenə hökümət qoşunarı ilə Seyyid Əbdülməlik Əl Husi tərəfdarları arasında qarşıdurma baş verib.
Hadisə Səudiyyə Ərəbistanı ilə Yəməni birləşdirən mərkəzi yolun üstündə baş verib.
Yerli sakinlərin verdiyi məlumata görə dövlət qoşunları bu ərazini tərk ediblər.
Həmçinin bu mərkəzi yol hələ ki, Əl Husi tərəfdarlarının tabeliyindədir.
Ölənlər və yaralananların olması bildirilsədə, dəqiq say isə açıqlanmır.
Nəzərinizə çatdıraq ki, 2004-cü ildə şiə qiyamçılar hökümətin şiələrə qarşı siyasətinə etiraz edərək qiyama başlamış, qiyamın lideri Huseyn Əl-Husi hökümət tərəfindən öldürülmüşdür. Daha sonra şiə dəstəsinə öldürülən liderin qardaşı Əbdülməlik Əl Husi rəhbərlik etmiş,ara-sıra döyüşlər də qeydə alınmışdı.
Lakin 2007-nin may aylarında hökümət şiələrin kəndlərinə hücum etməsindən sonra böyük gücə malik şiələr 2 hərbi hissəni ələ keçirmiş, qırıcılar və vertolyotları toplar vasitəsilə zərərsizləşdirmişlər.
Hökümət tez bir zmanda atəşkəs təklifi üçün İran İslam Respublikasının rəhbəri Seyyid Əli Xameneiyə xahiş məktubu yazmışdır. İranın vasitəçiliyi ilə 2007-ci ilin iyun ayında Qatarda atəşkəs razılaşması bağlanmasına baxmayaraq atəşkəs adətən dövlət qoşunları tərəfindən pozulur.