Klinton da Salehin geri dönməməsini istədi.
İslam-Azeri.az İnternet Qəzetinin TRT-ə istinadən verdiyi xəbərə görə, Yəmənin paytaxtı Sənadakı son toqquşmalarda üçü uşaq olmaqla 19 nəfər ölüb. Prezident Əli Abdulla Salehin ölkəyə qayıtmamasını tələb edən müxaliflərlə hökumət qüvvələri arasında atışmaların davam etdiyi bildirilir.
Vaşinqton da Yəmən müxalifətinin çağırışını dəstəkləyib.
ABŞ dövlət katibi Hillari Klinton Salehin dərhal iqtidarı təhvil verməsinə tərəfdar olduqlarını bildirib. Klinton Yəməndə gərginliyə əsaslanmayan, stabil və dinc dəyişiklik çağırışı edib. ABŞ dövlət katibi eyni zamanda ölkədə uzun müddətdir davam edən atışmaların yalnız "Əl Qaidə"nin işinə yaraya biləcəyindən narahat olduqlarını vurğulayıb.