Yəmən xalqı aksiyalarının davamında bu ölkə paytaxtı Səna şəhəri xalq aksiyalarının şahidi olub.
Səna xalqı çərşənbə günü aksiya keçirərək Yəmənin idarə edilməsi üçün Keçid Şuranın təşkil edilməsini tələb ediblər.
Aksiya iştirakçıları Yəmən ordusu və təhlükəsizlik qüvvələrini birləşdirmək üçün milli komitənin təşkil olunmasını istəyiblər ki, sonrakı mərhələlərdə konstitusiya və islahatlar həyata keçirib seçkilər keçirə bilsinlər.
Həmçinin Yəmənin inqilabçı gənclərindən bir qrupu Əli Abdullah Salehin müavini Əbdərbə Mənsur Hadinin evi ətrafında toplaşaraq onun, Yəmən inqilabı haqda mövqeyini açıqlamasını istəyirlər.
Bu elə bir haldadır ki, müalicə bəhanəsi ilə ölkəni tərk edən Əli Abdullah Salehin geri dönməsi hələ qəti deyil.
Abdullah Saleh bir video çarxda öz sağlamlığını yenidən əldə edib.
Amerikanın xəbər mənbələrinin bildirdiyinə və Yəmənin ölkə rəsmilərinin sözlərinin əksinə olaraq Abdullah Salehin Yəmənə geri dönməsi, yaralarının ağırlığı üzündən qeyri mümkündür.