Son aylarda ABŞ və Avropanın İranın neft sektoruna qarşı tətbiq etdiyi sanksiyalara Yaponiya da qoşulmaq qərarına gəlib
Milli.Az Reuters-ə istinadən xəbər verir ki, Tokio İrandan neft almaqdan imtina etməyə hazırlaşır.
Yaponiyanın maliyyə naziri Dzyun Azumi amerikalı həmkarı Timoti Qaytnerlə görüşdən sonra bildirib ki, onun ölkəsi İrandan neft idxalını "ciddi şəkildə azaldacaq". Yaponiyanın ümumi neft idxalının 10%-nin İranın payına düşdüyünü xatırladan nazir azalmanın nə qədər olacağını açıqlamayıb.
Qaytnerin Yaponiyadan əvvəl baş çəkdiyi Çində isə eyni nəticə əldə olunmayıb. Pekin İran neftindən imtina etmək fikrində olmadığını açıqlayıb.