Xristianlar müqəddəs Ramazan ayında müsəlmanlara dua edəcəklər

Kilsə

“Bizim dualarımız bizim gedə bilmədiyimiz yerlərə gedəcək. Duanın əhatə dairəsində mümkün olmayan şey yoxdur"

“Açıq Qapılar” təşkilatının ABŞ bölməsi xristianları müqəddəs Ramazan ayında müsəlmanlara dua etməyə çağırıb. "Deyerler"in verdiyi məlumata əsasən “Açıq Qapılar” həmçinin Ramazan ayı üçün təqvim də dərc edib. ”Bu İslam millətlərində olan müsəlman və xristianların duası üçün çox gözəl bir müddətdir”,- deyə Açıq Qapıların prezidenti Karl Mueller bildirib.

“Bizim dualarımız bizim gedə bilmədiyimiz yerlərə gedəcək. İnsanlıq nöqteyi nəzərdən elə şeylər var ki, ona çatmaq mümkün deyil. Lakin duanın əhatə dairəsində mümkün olmayan şey yoxdur”,-deyə Açıq Qapıların təsisçisi Braze Andryu əlavə etmişdir.

Qeyd edək ki, dua çağırışı ancaq müsəlmanlar üçün deyil həmçinin xristianlar üçün də nəzərdə tutulur.

В этом разделе