Nigeriyanın vitse-prezidenti orduya Cos şəhərində vəziyyəti nəzarət altına almağı tapşırıb
Nigeriyanın vitse-prezidenti Qudlak Conatan orduya Cos şəhərində vəziyyəti nəzarət altına almağı tapşırıb. Qeyd edək ki, bu şəhərdə xristianlarla müsəlmanlar arasında qarşıdurmalar nəticəsində ölənlərin sayı 464 nəfərə çatıb.
Bir müddət əvvəl Cos şəhərində komendant saatı elan edilmişdi. /anspress/