Xaç məktəblərə qaytarılsın!

Strasburq məhkəməsinin qərarı belədir

Milli.Az xəbər portalı "AGI News"a istinadən bildirir ki, Avropa İnsan Haqları Məhkəməsi səs çoxluğu ilə qərar verərək İtaliya məktəblərində xaç və digər xristian simvolikasının yerləşdirilməsini qanuni sayıb. Məhkəmə dini simvolikanın şagirdlərə hər hansı formada təsir etdiyinə dəlalət edə biləcək sübutlar tapmayıb.

Yeni qərar əvvəlki, 2009-cu ilin noyabrında qəbul edilmiş hökmü ləğv edib. Həmin hökmdə Finlyandiya əsilli İtaliya vətəndaşı Soile Lautsinin iddiası təmin olunmuşdu. Lautsi bildirirdi ki, məktəblərdəki xaçlar başqa dinlərə mənsub uşaqlar və ateist şagirdlərin hisslərini təhqir edir.

Lautsinin iddiası ilə bağlı qərar Vatikanla yanaşı, İtaliya hökumətinin kəskin narazılığına səbəb olmuşdu. İtaliya hökuməti bəyan etmişdi ki, xaç ilk əvvəl mədəniyyət simvoludur və ölkənin tarixi keçmişi ilə sıx bağlıdır.

В этом разделе