Wikileaks saytı faktları açıqladı

Sayt 2004-cü ildən bu yana 250 min gizli diplomatik yazışmanı açıqlayıb

Nəhayət ki, dünya siyasətçilərini həyəcanda saxlayan "wikileaks" faktları üzə çıxarıb. Faktlar arasında maraq doğuran məqamlar çoxdur. Faktlar arasında ABŞ, Türkiyə, İran, Koreya və s. ölkələr haqqında informasiyalar var.

"ANS PRESS"in məlumatına görə iddialar arasında Ermənistanın İrana silah satması da yer alır. Nümayiş olunan sənədlərdə bildirilir ki, bu, Amerikanı narahat edirmiş. ABŞ rəsmiləri Ermənistan mənşəli bu silahların İrandan İraqa keçirilərək Amerika hərbçilərinin ölümünə səbəb olduğunu hesab edir. Sənəddə həmçinin İran “Qırmızı Aypara” cəmiyyətinin bu pərdə altında silah yaydığı və casusluq fəaliyyəti göstərdiyi də iddia edilib.

В этом разделе