Əl-Əzhər Universitetinin İslam Fəlsəfəsi ustadı: "Tarix boyunca ifratçı və radikal heç bir İslam məzhəbi Əl-Əzhərə sıza bilmədi, amma zəngin neft büdcələri ilə təkfir və bidət məzmunlu fətvaları əl-Əzhər universitetinə soxmağı bacardılar!"
313news.net saytının ABNA-ya istinadlı xəbərinə görə, Əhməd əs-Sayih bu mövzu haqqında bunları söylədi: "Əgər bu ölkədəki Cümə namazı qılınan Misir Vəqflər Nazirliyinin tikdiyi 103 məscidi nümunə versək, buradakı məscidlərin xütbələrində din ilə insan əlaqələrinə toxunulmaq əvəzinə əhvalat, hekayə və keçmiş qaynaqlara kifayətlənilir."
Əl-Əzhər Universiteti ustadları haqqında danışsaq, bunları söyləyə bilərəm ki, bunların əksəriyyəti tədris məqsədi ilə Səudiyyə Ərəbistanıda olduqları zaman özlərini vəhhabiliyin irticaçılığına qapdırdılar. Tarix boyu ifratçı və radikal heç bir İslam məzhəbi Əl-Əzhərə sıza bilmədi, amma zəngin neft büdcələri ilə təkfir, bidət və fisq məzmunlu fətvaları əl-Əzhər universitetinə soxmağı bacarmış və Allahın yerinə cənnət və cəhənnəmi bölmələrinə təəccüblənməmək lazımdır.
Çox maraqlıdır ki, Səudiyyə Ərəbistanı vəhhabi rejiminin əhəmiyyətli işlərindən biri əl-Əzhər Universiteti ustadlarını Riyad (Səudiyyə Ərəbistanının paytaxtı) universitetinə çəkərək onları Misirdə vəhhabiliyin təbliğçi və təbliğatçısı edərək orada vəhhabi araşdırma mərkəzləri təsis etmək və azğın vəhhabilik düşüncəsinin reklamını edən kitab, broşur və nəşrlərin maliyyə və elmi olaraq dəstəklənilməsi təmin edilir.