Vəhhabi müftisi cənnətə manopoliya yaratdı!

FaktXeber.com-un ərəbdilli “Anaween” saytına istinadən verdiyi məlumata görə, Ərəbistanın “İmam Məhəmməd bin Səud” adlı şəriət universitetinin müəllimlərindən olan Səd əd-Dərihim ilginc açıqlama ilə çıxış edib.

O, özünəməxsus düşüncəsinə söykənərək iddia edib ki, cənnət yalnız Nəcd (Ərəbistan yarımadasında yerləşən bir  bölgə) sakinlərinə məxsusdur. Əd-Dərihim Twetter səhifəsində belə deyib: “Cənnətə daxil olma hüququ yalnız Nəcd alimləri və sakinlərinə məxsusdur. Elə buna görə də, Nəcddə olan avam, misirli alimdən daha üstündür”. Sosial şəbəkələrdə onun bu irqçi mövqeyi və Allahın adından cəfəngiyat danışması geniş etirazlara səbəb olub. Hətta digər Ərəbistan müftiləri onu kəskin tənqid atəşinə tutublar. Ərəbistan müftilərindən olan Muhsin əl-Əvaci əd-Dərihimə etiraz olaraq deyib: “Bəziləri o qədər özündən razıdır ki, özünü haqq, digərini batil sayır. Öz diyarını iman, başqa yerləri isə küfr hesab edir. Ona deyin ki, Hindistanda Ərəbistandan 6 dəfə çox müsəlman yaşayır”.

 

В этом разделе