Vatikanın yüksək rütbəli rəsmisi, xarici nümayəndəliklər üzrə Papa institutunun əməkdaşı Pyero Geddo xristianları Avropanın sürətlə islamlaşmasına qarşı ciddi tədbirlər görməyə çağırıb.
İslam-Azeri.az İnternert qəzetinin Qərb KİV-inə istinadən verdiyi xəbərə görə, o, çıxış yolunu xristian ailələrində daha çox sayda uşaqların dünyaya gətirilməsində görüb.
Gedde xristianları "dini vakuum" yaratmaqda ittiham edib. O qeyd edib ki, bu vakuum məhz müsəlmanlar tərəfindən doldurulur.
Vatikan nümayəndəsinin sözlərinə əsasən, İtaliyanın yerli əhalisinin sayı hər il 12-13 min nəfər azalır. Buna rəğmən isə mühacirlər arasında artım daim çoxalır. Mühacirlərin yarısından çoxunu isə müsəlmanlar təşkil edirlər.
Qeyd edək ki, hər il İtaliyaya rəsmi yollarla 200 min mühacir gəlir.