Uşağın bədənindəki yazılar Quran ayələridir?

Dağıstanda anadan olan 9 aylıq körpənin bədənində vaxtaşırı Quran ayələri görünür. Qizlar rayonunun Krasno-Oktyabr kəndində yaşayan Yaqubovlar ailəsində 9 ay əvvəl anadan olan Əlinin bədənində “Allah” yazısı görünür.

“Əli dünyaya gəldiyi zaman çənəsində hemotom vardı. Daha sonra isə körpənin çənəsində “Allah” yazısı peyda oldu. Yazılar hər bazar ertəsi və cümə günləri müşahidə edilir. Bu zaman uşağın hərarəti 40 dərəcəyə qalxır. Əvvəllər biz bu barədə heç kimə demirdik. Ancaq övladımın bədənində “Mənim işarələrimi insanlara göstərin” yazısı çıxdıqdan sonra biz bu barədə müəyyən qurumlara məlumat verdik” – deyə Əlinin anası Mədinə Yaqubova bildirib.

Fakta münasibətini bildirən Dağıstan Müsəlmanları Ruhani İdarəsinin nümayəndəsi isə hamı kimi bu hadisədən təəccübləndiklərini deyib. Krasno-Oktyabr məscidinin imamı Abdulla isə Əlinin bədənində görünən yazıları Uca Yaradanın işarələri hesab etdiyini bildirib. Uşağın anadan olma tarixçəsi də qeyri-adidir.

“Əli hələ anasının bətnində olarkən ağlamağa başlayıb. Bunu Əlinin anasını müayinə edən həkimlər də təsdiq ediblər. M.Yaqubova körpəsini dünyaya gətirərkən Əlinin bədəni şəffaf olduğundan həkimlər uşağın daxil orqanlarını görüblər. Yenicə dünyaya gəlmiş körpəni müayinə edən həkimlər onun cəmi 2-3 gün sağ qalacağını bildirirdilər. Ancaq onların rəyləri özünü doğrultmadı” – deyə Dağıstanda fəaliyyət göstərən xeyriyyə təşkilatlarından birinin sədri Əhmədpaşa Əmirəliyev “Rosbalt” informasiya agentliyinə müsahibəsində bildirib.

/islamnews.ru/

/AzeriMuslims/


В этом разделе