İslam-Azeri.az internet qəzetinin Türkiyə KİV-lərinə istinadlı xəbərinə görə Urumçuda cümə namazından sonra etiraz aksiyası keçirilib.
Kanal 24-ün verdiyi məlumata görə Cümə namazından sonra uyğur türkləri Urumçunun məscidlərinin birindən çıxaraq uyğurlara qarşı soyqırımı etiraz edib.
Polis dərhal aksiyaya müdaxilə edərək bir neçə etirazçını həbs edib.
Həbs edilənlərin sayının dəqiq bilinmədiyini önə çəkən Türkiyə KİV-i aksiyaların yenidən başlamaq ehtimallarının çox olduğunu bildiriblər.