
“Əvvəla bu filmin adının özü çox gözəl seçilib, - Fitnə. Bu filmin çəkilişi özü elə bəşəriyyətə fitnə salmağa xidmət edir” deyən “Mənəvi Saflığa Dəvət” İB-nin sədri Hacı Elşən Mustafaoğlu bu rəzalətin hazırda dinlərarası dialoqdan danışıldığı bir zamanda mədəniyyətlərin toqquşmasına, bu dialoqun pozulmasına xidmət etdiyini bildirdi: “İnsanların vicdan azadlığından dəm vuran Qərbdəki bir çox qüvvələr milyonlarla pul xərcləyirlər ki, güya başqalarına ağıl öyrətsinlər - hanı bəs həmin qüvvələr? Belə fitnələrin meydana çıxdığı bir vaxtda niyə indi meydanda görünmürlər?”
Görünür “Fitnə-1”-i çəkməkdən lənətdən başqa heç bir qazanc əldə edə bilməyən uğursuz islamofob Vilders, öz adının hallandırılması xatirinə hər bir rəzilliyi etməkdə israrlıdır. ("Dəyərlər" AİN)