Cəmil Çiçək: “Erməni və PKK terrorçuları qan qardaşlarıdır”
Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək və dövlət naziri Zəfər Çağlayan ölkənin iş adamları ilə görüşüb. lent.az-ın “AA”ya istinadən verdiyi məlumata görə, C.Çiçək inşa edilməkdə olan Cənubi-Şərqi Anadolu proyektindən söhbət açıb.
Nazir bildirib ki, bu layihə reallaşacağı təqdirdə 3 milyon 800 milyon insana iş imkanı yaranacaq. O, terrorla mübarizə üçün 300 milyard dollar xərcləndiyini xatırladaraq, bu pulla 10 belə layihəni gerçəkləşdirməyin mümkün olduğuna diqqət çəkib. Nazir çıxışında maraqlı bir məqama da toxunub.
“Bu ölkə 40 ildən çoxdur terrorla mübarizə aparır. 1980-ci ildən əvvəl ideoloji terror vardı. Sonra erməni terroru və PKK terroru başladı. Erməni və PKK terrorçuları yaxından əməkdaşlıq edir. Onlar qan qardaşlarıdır. Erməni terroru geri çəkildi, yerini PKK-ya verdi. Terrorçuların bir hissəsinin sünnətsiz olması da bir çox şeyi ifadə edir. Bu, hansısa şayiə deyil, biz kimin nə olduğunu yaxşı bilirik” - deyə nazir bildirib.