Türkiyədə dünyaya gələn insan üzlü oğlaq insanların təəccübünə səbəb olub.
ANS PRESS “Ihlas” agentliyinə (İHA) istinadən xəbər verir ki, İzmirin Tire rayonunda baytarın keysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi keçi balasının üzü insan üzünə bənzəyir.
Baytar nadir hallarda belə hadisələrə rast gəldiyini, insan üzlü oğlaq isə ilk dəfə gördüyünü deyib. O həmçinin oğlağın tək dırnaqlı olduğunu bildirib.
Baytar həkim bu kimi hadisələri hamilə heyvanlara lazım olandan daha çox vitamin verilməsi ilə izah edib.