Türkiyədə donuz qripinə yoluxanların sayı üçə çatıb

Xəstənin vəziyyəti normaldır və o, təcrid olunmüş vəziyyətdə müalicə olunur

Türkiyədə donuz qripinə yoluxanların sayı üçə çatıb. CNN Türk-ün məlumatına görə, ABŞ –ın Kaliforniya ştatından qayıdan türk vətəndaşında donuz qripi olduğu təsdiq olunub.

Səhiyyə Nazirliyi türk vətəndaşının mayın 30 –u yüksək baş ağrısı şikayəti ilə xəstəxanaya aparıldığını və alınan nümunələrdə donuz qripi aşkar olunduğunu bildirib.  Məlumata görə, xəstənin vəziyyəti normaldır və o, təcrid olunmuş vəziyyətdə müalicə olunur.

Qeyd edək ki, ABŞ-dan qayıdan və donuz qripinə yoluxan daha iki türk vətəndaşının vəziyyəti normallaşır. /ANS PRESS/

В этом разделе