Türkiyə xarici işlər naziri: Tezliklə “Avropa Sivilizasiya”sı sona yetəcək

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Avropanın digər xalqların üzərinə bağladığı və təkcə özləri üçün istifadə etdikləri sivilizasiyasının təbii sürətdə tezliklə sona yetəcəyini təkidlə bidirdi.

ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Avropa sivilizasiyası haqqında etdiyi çıxışda bildirdi: Avropalılar xəyal etməsinlər ki, onların sivilizasiyası əbədi qalacaqdır. Onlarında sivilizasiyası eyni ilə Osmanlıların sivilizasiyası kimi sona yetəcəkdir.

Davudoğlu “Trkysh Rvyv” jurnalına verdiyi müsahibədə bildirdi: Hər hansı bir qüdrət öz qapısını digər xalqların ona müraciət etdiyi zaman onların üzərin bağlayarsa bu o qüdrətin sonunun çatmasından xəbər verir.

O, sözünə davam edərək bildirdi: Avropalılar ya gərək özlərini digər xalqların, müsəlmanların və hiduların sivilizasiyaları ilə uyğunlaşdıraraq bu sintezin nəticəsində dahada yüksək sivilizasiyaya çatsınlar. Və yaxud da bu işi görməyərək öz əlləri ilə öz sivilizasiyalarına son qoymuş olsunlar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

В этом разделе