Türkiyə Zeynəbiyə Məscidindəki cümə xütbəsinin ikinci qisimini İsveçrədəki minarə referendumuyla alınan qadağaya ayıran Özgündüz azadlıqlardan dəm vuran Qərbin beynində Orta əsrlər zehniyyətinin yatdığını bildirdi və bunları söylədi:
“Minarə referendumu, Qərb pərəstişkarlarının, “Qərbdə azadlıq var” deyənlərin bu arqumentini əlindən aldı; onları utandırdı. İsveçrə, ölkəmizdəki Qərb tərəfdarlarının üzünü qızartdı.
1400 ildir içimizdə, hər çağda kilsələriniz yaşadı. Osmanlının ilk dövrlərindən son dövrlərinə, bu ölkədə və hakimiyyətimiz altındakı milyonlarla kvadrat kilometrlik sahədə biz kilsənin xaçıyla oynamadıq. Hətta Xristian xalqların inanclarını azad yaşaya bilmələri üçün onları baronlardan Papalardan qoruduq. Siz, 21-ci əsrdə, azadlıq həvarisi kəsilmişkən, minarəmiz niyə gözünüzə batır?!
Bu yersizlik küçədəki üç beş adamın etdiyi bir şey deyil; ölkədəki bir referendumun nəticəsidir. Dözümlülük, cahil xalqa təqdim ediləcək bir şey deyil. Sabah, ömürünü Avropaya vermiş, Avropa iqtisadiyyatına qatqı etmiş insanların Avropadan qovulması üçün referendum etsəniz, daha çox səs çıxar; işsizlik azalsın deyə. Amma bunu təqdim edə bilməzsiniz. Avropanın yerlisi Müsəlmanları (Bolqarıstan, Qərb Trakya, Bosniya, Kosova, Albaniya vs) Avropadan atacağıq desəniz və bunu referenduma təqdim etsəniz, buna da səs çıxar. Amma bunu edə bilərsinizmi? Buna haqqınız varmı? Biz də, İslam ölkəsində nə kilsəsi, nə xaçı, qaldıraq hamısını, desək olarmı?
Mədəniyyətlər ittifaqının danışıldığı, sivilizasiyalar arası dialoqların yaradılmağa çalışıldığı dövrdə ortaya çıxan bu vəziyyət, sizin hələ Orta əsrlərdə yaşadığınızı göstərmişdir. Siz, gücün verdiyi özünə inamla azadlıqlardan dəm vurursunuz amma beyninizin arxasında Orta əsrlər zehniyyəti yatır. Bizi aldada bilməzsiniz artıq!”
İsra.Az
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014