Türk hakerlər İslam peyğəmbərini təhqir edən Norveçə “həddini bildirib”

“1923Türk-Grup” adlı haker dəstəsi Norveçdə fəaliyyət göstərən 1000-ə yaxın internet saytını dağıdıb

İslam peyğəmbəri Hz. Məhəmmədin (ƏS) karikaturalarını yayaraq qalmaqala səbəb olan Norveçə türk hakerlərin cavabı çox sərt olub. Qeyd edək ki, “1923Türk-Grup” adlı haker dəstəsi Norveçdə fəaliyyət göstərən 1000-ə yaxın internet saytını dağıdıb. Onlar dağıtdıqları internet saytının əsas səhifəsinə “Hıddini aşdın Norveç, biz də bildirməyə gəldik” – yazıblar.

Xatırladaq ki, Noprveç məxfi polis təşkilatının (PST) “Facebook”dakı fanklub səhifəsinə İslam peyğəmbərinin karikaturası yerlışdirilmiş, ölkədə nəşr olunan “Dagbladet” qəzeti isə güya bu məsələ barədə xəbər hazırlayaraq karikaturanı manşetdən yaymışdı. /anspress/

В этом разделе