Alimlər müəyyənləşdiriblər ki, minnətdarlıq bildirmək insan orqanizminə xeyirdir.
Amerika mətbuatının Florida Universitetinin alimlərinə istinadən yazdığına görə, təşəkkür həm edən, həm də alan tərəfə xeyirdir: «Siz qarşınızdakı insana nə qədər çox təşəkkür etsəniz, münasibətləriniz bir o qədər möhkəmlənir. Odur ki, insanlarla münasibət qurmağın bundan yaxşı yolu yoxdur».
İsra.Az saytının Milli.Az-a istinadlı xəbərinə görə, «Bu zaman insan beynində daha çox müsbət məqamlar yaşanır. Bu, yaddaşda daha çox pis deyil, yaxşı məqamların qalmasına kömək edir», – deyə professor Nataniel Lambert bildirib.