Təntavinin orqan nəqlinə dair mübahisəli fitvası

Əl-Əzhər Universitetinin rektoru Məhəmməd Təntavi edam edilən şəxslərin orqanlarının məhkumların icazəsi olmadan nəql edilə biləcəyini bildirib.

Verilən xəbərlərə görə, əl-Əzhər Universiteti Ali Elmi Heyətinin ənənəvi toplantısı keçirilib. Orqan nəqli mövzusunun müzakirə edildiyi toplantıda edama məhkum edilənlərin orqanlarının icazəsiz alınıb-alınmayacağı mövzusunda alimlər arasında görüş ayrılığı yaranıb.


Universitetin rektoru Məhəmməd Təntavi çıxışında edam edilən şəxslərin orqanlarının icazəsiz alınaraq, başqalarına nəql edilməsinə icazə verib. Təntavi fikrini edama məhkum edilənlərin məhkəmə qərarından sonra özləri haqqında heç bir ixtiyar sahibi olmadıqlarını və onların öz bədənləri barədə heç bir haqq tələb edə bilməmələri ilə əsaslandırmağa çalışıb.


Beynəlxalq Müsəlman Alimlər Birliyinin sədri Yusif əl-Qərdavi isə edama məhkum edilənlərin orqanlarının alınmasının, onu ikinci dəfə cəzalandırmaq mənasına gələcəyindən dolayı bunun caiz olmadığını bildirib. Qərdavi çıxışında yalnız məhkumun icazəsi və ya hakimin müvafiq qərarından sonra edam edilən şəxsin orqanlarının nəql edilə biləcəyini vurğulayıb.


Qura Universitetinin pedaqoqu Mustafa Əbdülvahid İbrahim də Qərdaviyə tətəfdar çıxıb.

“Ölünün cəsədinin qorunması şəriətin vəzifələrindən biridir. Əks təqdirdə bu, ikinci bir cəzalandırmaya çevriləcəkdir” – deyə M.Ə.İbrahim qeyd edib.


Məlumat üçün bildirək ki, Misirdə edam edilənlərin orqanlarından istifadəyə dair 15 il əvvəl bir qanun qəbul edilmiş, lakin insan haqları sahəsində fəaliyyət göstərən qurumların etirazlarından sonra tətbiq edilməmişdi.

 

/AzeriMuslims/

В этом разделе