Tenessi ştatında müsəlman mərkəzi

Amerikanın Tenessi ştatı müsəlmanları islami mərkəz yaratmaq üçün federal məhkəmədən rəsmi icazə ala biliblər.

Shia Newun verdiyi məlumata görə ABŞ federal məhkəməsi ötən həftə də Ford əyaləti Morfrisbor müsəlmanlarının təsis etdikləri islam mərkəzinə qoyulan qadağanı ləğv etmişdi.

Bu şəhər müsəlmanları həmçinin 2010-cu ildə qeydiyyatdan keçmiş məscidin mübarək Ramazan ayında açılacağına ümid edirlər.

Morfrisbor şəhər müsəlmanları 3 ildir ki radikal xristianların təzyiqləri ilə üz-üzədirlər. onlar iddia edirdilər ki, ABŞ konstitusiyasındakı dini etiqad azadlıqları haqdakı maddələr islam dini aid deyil. amma müsəlmanlar çoxlu keşməkeşdən sonra bu hüquqları qazanmağa nail oldular.

Qeyd edək ki, bu mərkəz şəhərdəki 250 müsəlman ailəsi və 500 müsəlman tələbəyə xidmət göstərəcək.

IRIB

В этом разделе