Taylandda Sünni və Şiə gənclər "vəhabi" fitnəsinə qarşı birləşdilər

Taylandda bir qisim Şiə və Sünni gəncləri, Vahhabilərin fitnəçi təbliğatlarına qarşı mübarizə etmək üçün "Şiə və Sünni Birliyi" qurublar.

Tayland müsəlmanlarından Ney Hamdan Pusa 20-ci Beynəlxalq Quran sərgisində verdiyi açıqlamada, son vaxtlarda təfriqə və fitnə ünsürü Vəhabi zehniyyətinin bütün dünyada olduğu kimi Taylandda da təsirli olmağa başladığını, bu səbəblə həssas bir qisim Taylandlı Şiə və Sünni müsəlmanların  birlik qurduqlarını söyləyib.

Atasının illərdir bir qəsəbədə Quran dərsləri verdiyini və indiyə qədər də heç bir problem olmadığını ifadə edən Hamdan Pusa, son vaxtlarda Vəhabilərin fitnəçi təbliğləri səbabiylə şagirdlərin bir qisiminin artıq dərslərə gəlmədiyini ifadə edib.

"Bunu görüncə mən  digər Şiə alimləriylə birlikdə, yoldaşlarımız olan və illərcə birlikdə yaşadığımız Şafi Əhli Sünnə yoldaşlarımızla Şiə və Sünni Birliyini qurduq" deyən Hamdan Pusa, belə bir dövrdə bu birliyin müsəlmanların birləşməsinə səbəb olacağına ümd etdiyini ifadə edib.

Şiə inancının Şeyx Əhməd Qumi tərəfindən Taylandda 15-ci əsrdə gəldiyini, yayılaraq  30 min adama çatdığını açıqlayan Hamdan, Taylandın yüzdə 10%-ni müsəlmanların meydana gətirdiyini, Budistlərin müsəlmanlara ehtiram etdiklərini, dövlətin də müsəlmanların məscid tikmələrinə və mədəniyyət mərkəzi açmalarına icazə verdiyini söyləyib.

xebername.az

В этом разделе